Gənclərimizin Fransa sınağı

ESTAFET/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək. Yığmamız Avropa çempionatının seçmə mərhələsində 7-ci matçına çıxacaq.
2-ci qrupda yer alan komandamız Fransa ilə görüşəcək. Matç Sumqayıtda keçiriləcək. “Kapital Bank Arena”dakı oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, sentyabrın 8-də qrupun daha iki oyunu keçiriləcək. Lixtenşteyn Gürcüstanı, Slovakiya İsveçrəni qəbul edəcək.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
7 sentyabr 2020
21:00. Azərbaycan - Fransa
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”
