Mahir millidən kənarlaşdırıldı

ESTAFET/ Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə alan Mahir Emreli heyətdən çıxarılıb.

O, millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanan heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, yığmamız Lüksemburqa 1:2 hesabı ilə uduzub.

Müəllif: Bəhruz MƏMMƏDOV