“Neftçi” evdə, “Qarabağ” səfərdə

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək. Keçiriləcək iki oyunla çempionatdakı fasilə başa çatacaq.
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra ilk matç “Bakcell Arena”da olacaq. Mövsümə qələbə ilə başlayan “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək.
Günün digər qarşılaşmasında ötən mövsümün mükafatçıları üz-üzə gələcək. “Qarabağ” səfərdə “Keşlə” ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
II turun oyunları
11 sentyabr 2020
19:00. “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
21:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
