Millimizə ən münasib 7 rəqib

ESTAFET/ Azərbaycan millisi Kiprlə ikinci oyununda da qalib gəlib. Ada təmsilçisi millimiz üçün ən münasib 7 rəqibdən biridir.

Söhbət yığmamızın bütün qarşılaşmalarda qalib gəldiyi komandalardan gedir. Onlardan ikisi – Bəhreyn və Farer adaları ilə millimiz arasında 3 matç baş tutub. Yığmamız hər iki rəqibi üç dəfə məğlub edib.

Tacikistan, San-Marino və Kipr üzərində qələbələrin sayı isə 2-yə bərabərdir. Bu rəqiblər də yığmamızla görüşdə məğlubiyyətdən qaça bilməyib.

İki ölkənin yığması ilə cəmi bir dəfə qarşılaşan millimiz həmin rəqiblərə də şans verməyib. Bunlar Asiya təmsilçiləri Filippin və Hindistandır. (apasport.az)

Müəllif: Məsim MƏSİMZADƏ