Fətullayev postundan getdi - AFFA-da istefa
ESTAFET/ AFFA-nın İntizam Komitəsinin sədri Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb. Bu istefadan sonra komitənin sədri vəzifəsi Erkin Hüseynova həvalə olunub.
Hazırda bu komitənin üzvü olan Hüseynov AFFA İcraiyyə Komitəsinin növbəti iclasına qədər vəzifəni icra edəcək. İntizam Komitəsinin tərkibi barədə müvafiq qərarın İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunması nəzərdə tutulub.