Fati məşqdə zədələndi

ESTAFET/ İspaniya La Liqasında yeni mövsümün hazırlıqlarını davam etdirən “Barselona” klubu ciddi itki ilə üzləşib. Gənc hücumçu Ansu Fati bugünkü məşq zamanı zədələnib.

Sağ baldır əzələsində ağrılar hiss edən 18 yaşlı forvardın durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək. İspaniya millisinin üzvünün meydanlara dönüşü sağalma prosesindən asılı olacaq.

Qeyd edək ki, “Barselona” cari mövsümdə ilk oyununu sentyabrın 27-də La Liqanın 3-cü turu çərçivəsində “Vilyarreal”a qarşı keçirəcək.

Müəllif: Natiq NƏSİROV