“Lids” baş məşqçi ilə müqaviləni uzatdı

ESTAFET/ İngiltərənin “Lids” klubu baş məşqçisi ilə bağlı qərar verib. Premyer Liqaya qayıdan klub indiki çalışdırıcısı Marselo Byelsa ilə müqaviləni uzadıb.

Bir ili əhatə edən yeni anlaşma 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub. “Lids” Byelsanın rəhbərliyi altında 16 ildən sonra Premyer Liqaya qayıdıb.

Qeyd edək ki, “Lids” ilk turun sabah keçiriləcək matçında “Liverpul”la görüşəcək. (apasport.az)

Müəllif: Məsim MƏSİMZADƏ