PSJ "Roma"nın müdafiəçisini icarəyə götürür
ESTAFET/ İtaliyanın “Roma” klubunun futbolçusu Alessandro Florensi Fransa təmsilçisi PSJ-yə keçmək üzrədir. Parislilər 29 yaşlı müdafiəçini icarəyə götürəcək.
Klublar arasında baş tutan danışıqlar artıq müsbət yekunlaşıb. Razılığa əsasən, italiyalı sağ cinah oyunçusu bu gün tibbi müayinədən keçəcək və PSJ-yə transfer prosedurunu yekunlaşdırmaq üçün Parisə yollanacaq. Fransızlar onu gələn il birdəfəlik transfer etmək hüququna malik olacaqlar.
Qeyd edək ki, Alessandro Florensinin “Roma” ilə müqavilə müddəti 2023-cü ilə qədərdir. Futbolçu ötən mövsümün ikinci dövrəsini icarə əsasında İspaniya klubu “Valensiya”da keçirib.