Azərbaycandakı durum UEFA-nın hesabatında
ESTAFET/ UEFA quruma üzv olan ölkələrdə təlim-məşq bazaları və yeniyetmə futboluna investisiyalarla bağlı hesabat dərc edib. Sənəddə Azərbaycan Premyer Liqası barədə rəqəmlər əksini tapıb.
Hesabatda ölkəmizi təmsil edən klubların təlim-məşq bazaları və uşaq futboluna qoyulan vəsait barədə məlumat yer alıb.
Klub sayı – 8
İdman obyektləri – 8
Klubların idman qurğusuna malik olma faizi – 100 faiz
İdman obyektlərinin orta yaşı – 5,9 il
Obyektdəki təbii örtüklü meydan – 1,9
Obyektdəki süni örtüklü meydan – 1
Hazırlıq prosesində qapalı məşqlərin çəkisi – 38 faiz
Fitnes avadanlıqları – 88 faiz
Tibbi təchizat – 75 faiz
Texniki təchizat – 50 faiz
Təlim-təhsil üçün şərait – 50 faiz
Yeniyetmə idman internat məktəbi – 25 faiz
İdman obyektlərinin təmir xərcləri – 0,3 milyon avro
İdman obyektinfə təmir işləri aparan klublar – 38 faiz
Meydançaların durumu
Yeni – 33 faiz
Yeni təmir olunmuş – 33 faiz
Tam yenidən inşa olunmuş – 33 faiz
İdman obyektlərinin sahibləri
Klublar – 25 faiz
Dövlət – 38 faiz
Digər – 38 faiz
Meydanlardan istifadə
A komandası – 13 faiz
Yeniyetmə komandaları – 63 faiz
Meydan dəyişikliyi – 25 faiz
Yeniyetmə futbolunun büdcəsi – 0,5 milyon avrodan az
Bu büdcənin mənbələri:
Klub – 44 faiz
Özəl sahədən – 6 faiz
UEFA vəsaiti – 32 faiz
Liqadan alınan vəsait – 11 faiz
Dövlət vəsaiti – 8 faiz
Hər klubun uşaq futbol sistemində çalışan əməkdaşların orta sayı
Təşkilati işlər – 4
Məşqçilər – 16-20
Müəllimlər – 1-2
Tibbi personal – 4
Skaut və analiz üzrə məşqçilər – 1-2
Qeyd: bəzi göstəricilərdə faizlər yuvarlaqlaşdırıldığı üçün cəmdə 100 faizi əks etdirmir.