“Neftçi” və “Sabah”ın futbolçuları cəzalandırıldı

ESTAFET/ AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Peşəkar Futbol Liqasının saytında verilən məlumata görə, yığıncaqda Azərbaycan Premyer Liqasının II turunda yaşananlar müzakirə olunub və müvafiq qərarlar verilib.
“Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Paytaxt təmsilçisi buna görə 200 manat cərimə olunub.
“Səbail” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib. “Sabah” – “Qəbələ” oyununda 5 futbolçusu cəzalanan qonaqların da cəzası eyni olub. Meydan sahiblərinin qırmızı vərəqə alan futbolçusu Slavik Alxasov 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.
