19 yaşlılarımızdan bərabərlik

ESTAFET/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.
Millimiz Bakıda təşkil olunan təlim-məşq toplanışında I divizion təmsilçisi “Keşlə-2” ilə görüşüb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. U-19-un heyətində Fərid Yusifli fərqlənib.
