UEFA Superkubokunun hakimləri açıqlandı

ESTAFET/ Futbol üzrə UEFA Superkubokunun hakimləri müəyyənləşib. Sentyabrın 24-də keçiriləcək “Bavariya” - “Sevilya” oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək.

Macarıstanın paytaxtı Budapeştdəki görüşün baş hakimi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qari Besvik və Adam Nun kömək edəcək. 

Onların həmyerlisi Stüart Attvell VAR hakimi, Pol Terni yardımçısı olacaq. Dördüncü hakim funksiyasını isə israilli Orel Qrinfild yerinə yetirəcək.

Müəllif: Natiq NƏSİROV