Mbappe getməyi üstün tutdu
ESTAFET/ Fransa millisinin futbolçusu Killian Mbappe gələcək karyerası ilə bağlı qərarını verib. PSJ-nin gənc hücumçusu cari mövsümün sonunda klubunu dəyişəcək.
Killian bu barədə klub rəhbərliyini də məlumatlandırıb. 21 yaşlı futbolçu 2021-ci ilin yayında daha güclü liqalardan birində oynamaq niyyətindədir. Mbappe İspaniya La Liqası və ya İngiltərə Premyer Liqası klublarına üstünlük verir.
Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Killian anlaşmanı uzatmaqdan da imtina edib. İspaniya “Real”ının hədəfində olan futbolçunun məhz bu kluba keçmək ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, Mbappe 2017-ci ildə “Monako”dan PSJ-yə keçib. (apasport.az)