"Molde"nin bombardiri "Qarabağ"la oyuna hazırdır
ESTAFET/ "Qarabağ"ın futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Molde"nin hücumçusu Leke Ceyms sağalıb.
Norveç mətbuatının məlumatına görə, 28 yaşlı forvard Azərbaycan çempionu ilə matçda start heyətində meydana çıxmağa hazırdır.
7 qolla komandasının ölkə çempionatındakı ən məhsuldar oyunçusu olan nigeriyalının səhhəti ilə bağlı yaranmış problem geridə qalıb. Baş məşqçi Erlinq Mo "Qarabağ"la qarşılaşmada onun hücumda əsas silahının olacağını açıqlayıb.
Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da Kiprin Larnaka şəhərində yerləşən "AEK Arena"da keçiriləcək. (apasport.az)