“Sabah”ın ilk qələbəsi böyükhesablı oldu

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçirilib. Günün yeganə matçı Bakıda baş tutub.

Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşmada “Sabah” “Qəbələ”ni qəbul edib. Mövsümə məğlubiyyətlə başlayan Visente Qomesin yetirmələri ilk ev oyununda böyük hesabla qalib gəlməyi bacarıb. Ötən tur heç-heçə edən Elmar Baxşıyevin komandası isə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, “Keşlə” - “Qarabağ” matçında qol vurulmayıb. Dünən isə “Zirə” səfərdə “Səbail”ə qalib gəlib - 2:1.

Azərbaycan Premyer Liqası
II turun oyunu

13 sentyabr 2020

19:00. “Sabah” – “Qəbələ” - 3:0
Qollar: Coşqun Diniyev 17, Bəhlul Mustafazadə 27, Ramil Şeydayev 64
Qırmızı vərəqə: Slavik Alxasov, 77
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Nikola Vuyadinoviç, 7. Coşqun Diniyev, 10. Yevgeni Koçuk, 14. Slavik Alxasov, 18. Xulio Sezar Rodriqez, ​​​​​​​19. Təmkin Xəlilzadə, 30. Mario Marina, ​​​​​​​90. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 11. Ozan Can Kökcü, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev 
Baş məşqçi: Visente Qomez
“Qəbələ”: 1. Anar Nəzirov (k), 2. Vinko Medimoreç, 8. Qismət Alıyev, 10. Rövlan Muradov, 11. Asif Məmmədov, 13. Yurgen Qoxa, 22. Rodriqo Qattas, 32. Nikolas Raysel, 55. İdris İnqilablı, 70. Ülvi İsgəndərov, 77. Merab Qiqauri.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev

Müəllif: Natiq NƏSİROV