"Neftçi"nin maraqlandığı futbolçu "Şerif"i seçdi

ESTAFET/ "Neftçi"nin transfer gündəmində olan "Panatinaikos"un futbolçusu Dimitris Kolovos seçimini edib. 27 yaşlı ön xətt oyunçusu karyerasını Moldovada davam etdirəcək.
Yunanıstan millisinin üzvü "Şerif"lə anlaşıb. Afina təmsilçisi onu "Şerif"ə 1 illik icarəyə verib. Ötən mövsüm "Panatinaikos"un heyətində 21 oyun keçirən vingerin "Neftçi" ilə danışıqları uğursuz nəticələnmişdi.
Qeyd edək ki, Dimitris Kolovosun "Panatinaikos"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
