“Zirə” Zaur Həşimovu qaytardı

ESTAFET/ “Zirə” klubunda yeni təyinat rəsmiləşib. Klubun rəsmi saytının məlumatına görə, Zaur Həşimov yenidən Bakı təmsilçisində çalışacaq.
Əsas komandanın keçmiş baş məşqçisi bundan sonra “Zirə” Futbol Akademiyasında koordinator vəzifəsini icra edəcək.
Qeyd edək ki, Zaur Həşimov UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına sahibdir.
