Azərbaycan yığmasına 26 futbolçu çağırıldı

ESTAFET/ 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı bəlli olub. Millimiz sentyabrın 16-dan 22-dək təlim-məşq toplanışı keçirəcək.
Hazırlıq prosesi Bakıda gerçəkləşəcək. Toplanışa 26 futbolçu çağırılıb. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.
Hazırlıqda aşağıdakı futbolçular iştirak edəcək: Cavidan İzzətli (Qəbələ), Kamran Şəbiyev (Sabah), Rza Cəfərov (Neftçi), Uğur İbrahimov (Zirə), Rəşad Həsənov (Keşlə), Farrux Fərzəliyev (Sabah), Nihad Ağayev (Sumqayıt), Nihad Həsənzadə (Neftçi), Nihad Babayev (Səbail), Ülvü Mədətov (Qəbələ), Nihat Abbasov (Keşlə), Əbil Əbilov (Keşlə), Süleyman Damadayev (Qəbələ), Rauf Rüstəmli (Qəbələ), Gülağa Əsədov (Qəbələ), Taleh Qarayev (Qəbələ), Vüsal Vəliyev (Sabah), Vüsal Qənbərov (Sabah), Rauf Ağasənov (Səbail), Arif Məmmədov (Səbail), Cavanşir Şahbazi (Neftçi), Musa Musazadə (Qarabağ), Əli Əliyev (Zirə), Əşrəf Zeynallı (Sabah), Nurəli Nurəliyev (Zirə), Vaqif Həsənov (Keşlə).
