Yenə 4 qol

ESTAFET/ Azərbaycan və Türkiyənin ən titullu klublarının duellərindəki ənənə Avropa Liqasının II təsnifat mərhələsində də davam edib. Bunadək keçirilən iki yoxlama oyununda olduğu kimi yenə görüşdə 4 qol vurulub.
Lakin əvvəlki görüşlərdən fərqli bu dəfə “Qalatasaray” ilk qələbəsini qazanıb – 3:1. 1960-cı ildə Bakıda keçirilən yoxlama oyununda eyni hesabla uduzan istanbullular ümumi balansda tarazlığı bərpa dib.
“Neftçi” və “Qalatasaray”ın heç-heçə bitən matçında da 4 qol vurulub. 30 ildən bir qarşılaşan komandalar 1990-cı ildə İstanbuldakı yoxlama oyununda hərəyə 2 dəfə fərqlənib.
