XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT HORADİZDƏ

ESTAFET/ Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Horadizə yetişdi. Bununla əlaqədar dünən səhər ilk olaraq Araz çayı ətrafında tədbir keçirildi. Araz çayı Türkiyədən başlayır və 1000 kilometrdən artıq məsafəni qət etdikdən sonra Xəzər dənizinə qovuşur.

 

Su mərasimi, rəsm həvəskarı Zenfira Zalova, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Fərrux Qurbanov və karate üzrə Avropa və Dünya Çempionatının qızıl medal mükafatçısı İsrail Əsgərov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.

 

Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.