FIFA milliləşməni asanlaşdırır

ESTAFET/ Futbol vətəndaşlığının dəyişdirilməsi qaydalarına yenidən baxılıb. FIFA-nın Konqresi bu qaydanı dəyişib.
Artıq hər hansı bir milli komandada 1 rəsmi oyun keçirən futbolçu da başqa yığmada çıxış etmək hüququna malik olacaq. Bu isə başqa yığmaların oyunçularını milliləşdirən federasiyaların lehinə verilən qərardır. Yalnız bir istisna olacaq ki, bu yeganə oyun böyük turnirlərin final mərhələsi çərçivəsində keçirilməsin.
Qeyd edək ki, bu qərar Azərbaycan yığmasına da təsirini göstərəcək. Ən çox legioner milliləşdirən federasiyalardan olan AFFA-nın qarşısında yeni üfüqlər açılacaq.
