Dzekoya cəlbedici təklif - ildə 7 milyon avro
ESTAFET/ İtaliyanın “Yuventus” klubu “Roma”nın futbolçusu Edin Dzekoya müqavilə təklif edəcək. 34 yaşlı bosniya və herseqovinalı Turin təmsilçisi üçün prioritet hədəfdir.
“Ağ-qaralar” forvarda ildə 7 milyon avro və əlavə bonuslar verməyi planlaşdırır.
Onun “Roma” ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. Bu üzdən turinlilər forvard üçün transfer məbləğini ödəməli olacaq.