Son oyun gününün hakimləri bəlli oldu: APL - 2020/21

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun son təyinatları açıqlanıb. Sabah baş tutacaq iki oyunun hakimləri bəlli olub.

“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisi FİFA hakimi Əliyar Ağayevə həvalə edilib. “Zirə” və “Sabah”ın matçında isə İnqilab Məmmədov fit çalacaq.

Azərbaycan Premyer Liqası
III turun oyunları

20 sentyabr 2020
18:00. “Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu
 
20:15. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”

Müəllif: Natiq NƏSİROV