Qəbələdə qolsuzluq, Sumqayıtda qələbə

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyunlarına start verilib. Turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Qəbələ” öz meydanında “Keşlə”ni qonaq edib. Qolsuz bitən matçda komandalar hərəyə bir xal qazanıb. “Qırmızı-qaralar” ikinci ev görüşündə də bir xal qazanıb. Cari mövsümdə qol buraxmayan paytaxt təmsilçisi isə ardıcıl ikinci qolsuz sülhə imza atıb.
Çempionatın autsayderi “Səbail” Sumqayıtda eyniadlı komandanın qonağı olub. Üç qolun vurulduğu görüşdə meydan sahibləri üç xal qazanıb. “Sumqayıt” ardıcıl ikinci qələbə sayəsində ən azı bir günlük turnir cədvəlinin zirvəsinə yüksəlib. “Səbail” cari mövsümün 3-cü oyununda da eyni – 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Zirə” “Sabah”ı, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
III turun oyunları
19 sentyabr 2020
17:00. “Qəbələ” – “Keşlə” 0:0
Qırmızı vərəqə: Nikolas Raysel, 67
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
19:15. “Sumqayıt” – “Səbail” 2:1
Qollar: Süleyman Əhmədov 9, Əli Qurbani 32 : Rauf Əliyev 21
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 33. Eltun Turabov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 34. Urfan Abbasov (k), 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 19. Elgün Nəbiyev, 16. Peyman Keşavarzi, 20. Ruslan Hacıyev, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
