Balotelliyə yeni müştəri
ESTAFET/ İtaliyanın “Cenoa” klubu heyətini gücləndirməkdə davam edir. Bir neçə futbolçunu icarəyə götürən Genuya təmsilçisi qalmaqallı Mario Balotelli ilə müqavilə bağlamaq niyyətindədir.
Son klubu “Breşiya” olan 30 yaşlı hücumçu azad agent statusuna malikdir. “Cenoa” rəhbərliyi forvardın sayəsində ön xətdəki problemlərin həllinə ümid edir. Sabah klub və futbolçu arasında görüş baş tutmalıdır.
Qeyd edək ki, Mario İtaliyada “Lumezzane”, “İnter”, “Milan”, “Breşiya”, İngiltərədə “Mançester Siti”, “Liverpul”, Fransada “Nitsa” və “Marsel”in şərəfini qoruyub. (apasport.az)