“Legiya”da baş məşqçi dəyişikliyi

ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Avropa Liqasının play-off mərhələsindəki potensial rəqibi “Legiya”da baş məşqçi dəyişikliyi reallaşıb. Polşa klubunun rəsmi saytının məlumatına görə, Varşava təmsilçisi serbiyalı Aleksandr Vukoviçlə yollarını ayırıb. 

Onu bu postda Polşanın U-21 yığmasının çalışdırıcısı Çeslav Mixneviç əvəz edib. Mixneviç müqaviləsinin bitəcəyi noyabradək yığmadakı vəzifəsində də qalacaq. 

Qeyd edək ki, Çeslav Mixneviç 2017-ci ilin iyulundan U-21 yığmasını çalışdırır. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV