İbrahimoviç ardıcıl 23-cü mövsümdə fərqləndi

ESTAFET/ Futbol üzrə İtaliya A seriyasının I turunda “Bolonya” ilə keçirilən oyun “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

İsveçli forvard komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada dubla imza atıb.

Bununla 39 yaşlı forvard ardıcıl 23-cü mövsümdə qol vurmağa müvəffəq olub. O, ilk dəfə 1999-cu ildə “Malmö”də olarkən İsveç çempionatında fərqlənib.

Zlatan karyerası ərzində eyni zamanda “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted” və “Los-Anceles Qalaksi”də də çıxış edib və qollar vurub

Müəllif: Məsim MƏSİMZADƏ