İtaliyada hakim evində qətlə yetirildi

ESTAFET/ İtaliyalı futbol hakimi Daniele de Santis qətlə yetirilib. B və C seriyalarının oyunlarını idarə edən 33 yaşlı referi və 30 yaşlı rəfiqəsi Eleonora Mantanın bıçaqlanmış meyitləri hakimin Leççe şəhərindəki evində tapılıb.

Hadisə zamanı qonşular qışqırıq səsləri eşidib. Ardınca hadisə yerindən bıçaqlı kişinın qaçdığı müşahidə olunub.

Qeyd edək ki, de Santis C seriyasında 130 matçın hakimi olub. B seriyasında dördüncü hakim kimi çalışmış referi 2017-ci ildə bu liqada debüt edib. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV