A seriyası oyunu koronavirusa görə keçirilməyə bilər

ESTAFET/ İtaliya A seriyasının II turunun “Torino” - “Atalanta” oyununun keçirilməsi təhlükə altına düşüb. Buna səbəb Turin klubundakı koronavirusa yoluxma hadisəsidir.

“Torino”da futbolçu, yoxsa klub əməkdaşının xəstələnməsi açıqlanmır. Əgər təkrar test koronavirusa yoluxmanı təsdiqləsə, “Torino” tam heyətlə karantinə alınacaq.

Qeyd edək ki, turinlilərin “Atalanta” ilə oyunu sentyabrın 26-da keçirilməlidir.

Müəllif: Orxan NOVRUZOV