Çempionlar Liqasının oyunları koronavirusa görə ləğv edildi

ESTAFET/ Bu gün start götürməli olan voleybol üzrə Çempionlar Liqasında mübarizə aparacaq iki komanda yarışı tərk edib. Buna həmin klubların heyətində koronavirusa yoluxanların aşkarlanmasıdır.
Kişilərin yarışında Xorvatiyanın “Mladost” klubu xəstəliyin qurbanı olub. I mərhələnin A qrupunda I dövrənin oyunlarını qəbul etməli olan Zaqreb təmsilçisi yarışa qatılmayacaq. Xorvatiyalıların “Erzeni” (Albaniya) və “Kapoşvar”la (Macarıstan) hər iki dövrədəki görüşləri ləğv olunub. Nəticədə A qrupunda qalib elə bu iki komanda arasında görüşlərdə müəyyənləşəcək.
Qadınların yarışında da bənzər hadisə yaşanıb. Eyni səbəbdən Belarus təmsilçisi “Minçanka” yarışa qatılmayacaq. Bu üzdən Almaniya “Ştutqart”ı II mərhələyə yüksəlib. (apasport.az)
