“Neftçi”də 7-ci

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu “Neftçi”nin qapıçısı Aqil Məmmədov üçün yubileylə əlamətdar olub. “Qarabağ”la səfər matçı (1:2) qolkiperin Premyer Liqada “ağ-qaralar”ın heyətində keçirdiyi 50-ci oyun kimi yadda qalıb. O, 2015-16-ci illərdə də şərəfini qoruduğu paytaxt təmsilçisinə 2019-cu ildə qayıdıb. Məmmədov bu müddətdə keçirdiyi 50 görüşdə 57 top buraxıb.

Qeyd edək ki, Aqil Azərbaycan çempionatlarında “Neftçi”də 50 və daha çox oyun keçirən 7-ci qapıçıdır.

Müəllif: Bəhruz MƏMMƏDOV