Abbasovun 200-cü oyunu
ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu “Səbail”in futbolçusu Urfan Abbasov üçün əlamətdar olub. Meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib. Yubiley “Sumqayıt”la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Urfan indiyədək “Qəbələ” və “Səbail”in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.
Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.