Elxan Məmmədov UEFA-ya hesabat verdi
ESTAFET/ Bu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videobağlantı vasitəsilə iclasa qoşulub.
O, tədbirə UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri kimi qatılıb. Məmmədov rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə hesabat verib.