"Son 20 ildə dopinqdən istifadə mütəmadi hal alıb": TƏBİB rəsmisi
ESTAFET/ “Son 20 ildə idman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb. Bundan idmanda performansı artırmaq və gözəl görünmək üçün istifadə olunur. Ancaq fəsadları çox ağır olur”.
Bunu cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş “Steroidlər - Cəmiyyət üçün təhlükə” mövzusunda mətbuat konfransında TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva deyib.
“Hilton” otelində baş tutan tədbirdə Ağayeva bildirib ki, steroidlərdən mütəmadi istifadə idmançıların əzələlərinin getdikcə məhvinə səbəb olur: "Təəssüf ki, bu gün nəinki peşəkar, hətta həvəskar idmanda da steroidlərdən istifadə artıb. Xüsusən də, fitness zallarda gənclər bundan daha çox yararlanırlar".