Federasiyaya prezident seçkiləri təxirə salındı

ESTAFET/ Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezident seçkiləri təxirə salınıb. Bu qərarı federasiyanın İcraiyyə Komitəsi verib.
2021-ci ilin yanvarında keçirilməli olan Seçki Konqresi marta qədər təxirə salınıb. Buna koronavirus pandemiyası səbəb olub.
Qeyd edək ki, hazırda İWF-in prezidenti vəzifəsini Ursula Palandrea icra edir. O, aprelin 15-də istefası qəbul olunan Tomaş Ayanı əvəzləyib.
