Türkiyə klubundan Azərbaycana dəstək

ESTAFET/ Türkiyənin "Bingöl Solhan Spor" voleybol klubu Qarabağın azadlığı uğrunda mübarizə aparan Azərbaycana dəstək olub.
Komanda üzvləri oyunöncəsi isinmə hərəkətləri zamanı Azərbaycan Ordusuna dəstək məqsədilə üzərində "Səninləyik qardaş Azərbaycan" sözləri yazılmış köynək geyiniblər.
