A seriyasında bir oyunun keçirilməsi sual altına düşüb.

ESTAFET/ İtaliya A seriyasının “Krotone” – “Latsio” matçının keçirilməsi sual altına düşüb. Qarşılaşmanın təxirə salınmaq ehtimalına koronavirus pandemiyası deyil, əlverişsiz hava şəraiti səbəb olub.

Kalabriyada dünən gecədən başlayan leysan şəhərin küçələrində sel axması ilə nəticələnib. Oyun gününə də leysan, üstəlik sürəti 40 km/s artıq olan külək proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün keçirilməli olan görüşün startı Bakı vaxtı ilə saat 18:00-da nəzərdə tutulub.

Müəllif: Orxan NOVRUZOV