Zidan Varanın satılmayacağını açıqladı

ESTAFET/ İspaniyanın “Real” klubunun futbolçusu Rafael Varan Madrid təmsilçisini tərk etməyəcək. Bunu La Liqa klubunun baş məşqçisi Zinəddin Zidan açıqlayıb.
Fransalı mütəxəssis həmyerlisinin komandadan ayrılacağı ilə bağlı xəbərlərə son nöqtəni qoyub: “Varanı klubda saxlamaq istəyən tək mən deyiləm. O, bizim böyük ailənin bir parçasıdır. Əla karyeraya malik futbolçu bura gələndən sonra bir çox uğurlara imza atıb. Əlbəttə, o satılmır. Bu, həm klubun, həm də mənim mövqeyimdir. Amma biz insanları söz-söhbətini dayandıra bilmərik. Onlar təkcə Varan deyil, “Real”ın bütün oyunçuları barədə şayiələr yayır”.
