Yığmalarımızın hazırlığı dayandırıldı - 6 futbolçuda koronavirus

ESTAFET/ Futbol üzrə 17 və 19 yaşlılardan ibarət milli komandalarımızın Bakıda keçirdiyi təlim-məşq toplanışları yarımçıq dayandırılıb.
Buna səbəb koronavirusdur.
Hər iki komandanın üzvlərində bu xəstəliyin əlamətləri aşkarlanıb. Həm U-17, həm də U-19-da 3 futbolçunun testi pozitiv çıxıb. (sportinfo.az)
