“Sabah” - “Səbail” oyununun vaxtı dəqiqləşdi

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunun təxirə salınan "Sabah" - "Səbail" oyununun vaxtı müəyyənləşib. PFL-in rəsmi saytının məlumatına görə, qarşılaşma noyabrın 23-də baş tutacaq.

Görüş "Bank Respublika Arena"da keçiriləcək. Matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, oyun bəzi futbolçuların koronavirus testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınıb.

Müəllif: Bəhruz MƏMMƏDOV