"Keşlə"də də koronavirus aşkarlandı

ESTAFET/ Milli komandamızın daha iki futbolçusu koronavirusa yoluxub. Milli üzvləri Vüsal İsgəndərli və Rəhman Hacıyevin test nümunələri pozitiv çıxıb.
Bu səbəbdən hər iki futbolçu “Keşlə”nin “Zirə”yə qarşı Premyer Liqanın X tur oyunu üçün heyətinə daxil edilməyib. Yığmanın düşərgəsindən qayıtdıqdan sonra test verən bu yarımmüdafiəçilərdə problem aşkarlandığından, hər ikisi dərhal karantinə alınaraq, müalicəyə başlanıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycan millisinin düşərgəsində Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa toluxub. Millidən dönən "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovda da COVUD-19 aşkarlanıb.
