UEFA Ukraynaya məğlubiyyət verdi

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasının VI turunun baş tutmayan İsveçrə - Ukrayna oyununun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, qonaq komandanın heyətində koronavirusa yoluxan futbolçuların olması üzündən matçın keçirilməməsi UEFA-nın Nəzarət, Etika və İntizam orqanında müzakirə olunub.

Qərara alınıb ki, noyabrın 17-də keçirilməli planlaşdırılan matçın baş tutmamasının məsuliyyəti Ukraynanın üzərinə düşür. Bu səbəbdən də Ukrayna millisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. 

Bu nəticə A liqasının 4-cü qrupunun yekun cədvəlinə təsir edib. Sonuncu pilləyə yuvarlanan Ukrayna B liqasına düşüb.

Müəllif: Bəhruz MƏMMƏDOV