Tadiç həftənin futbolçusu seçildi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib. Qrup mərhələsinin IV turunda baş tutan matçlardan sonra ən yaxşı adına Niderlandın “Ayaks” klubunun hücumçusu Duşan Tadiç layiq görülüb.
32 yaşlı serbiyalı forvard azarkeşlər arasında aparılan səsvermənin qalibi olub. O, bu yer uğrunda mübarizədə Ceydon Sanço (“Borussiya” Dortmund), Bruno Fernandeş (“Mançester Yunayted”) və Robin Qosensi (“Atalanta”) qabaqlayıb.
Qeyd edək ki, Duşan Tadiç “Ayaks”ın Danimarka təmsilçisi “Midtülland” üzərində 3:1 hesablı qələbə qazandığı matçda 2 məhsuldar ötürmə verib.
