UEFA Nurlan İbrahimovu ömürlük futboldan uzaqlaşdırdı

ESTAFET/ UEFA "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu ömürlük futboldan uzaqlaşdırıb. Bu barədə qitə futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İbrahimov Dağlıq Qarabağ müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb. Qurum eyni zamanda Ağdam təmsilçisini 100 min avro məbləğində cərimələyib.
