FIFA-dan milli assosiasiyalara bir dəqiqəlik sükut çağırışı

ESTAFET/ FIFA-ya üzv olan bütün ölkələrin çempionatlarında keçirilən oyunlarda bir dəqiqəlik sükut elan oluna bilər. Ali futbol qurumu bununla bağlı quruma üzv olan 211 milli assosiasiyaya çağırış edib.

FIFA əfsanəvi Dieqo Maradonanın xatirəsinin bütün ölkələrdə yad edilməsini istəyib: “Biz qarşıdakı və ya növbəti həftəsonu keçiriləcək hər futbol oyununda bir dəqiqəlik sükut elan olunmasına çağırırıq ki, bütün zamanların ən böyük futbol simalarından birinin xatirəsi yad edilsin”.

Nəzərə alsaq ki, AFFA da FIFA-nın üzvüdür və bu çağırışına müsbət cavab verərsə, PFL Azərbaycan Premyer Liqasının oyunlarında bir dəqiqəlik sükut elan edəcək.

Qeyd edək ki, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi noyabrın 25-də 60 yaşında vəfat edib.

Müəllif: Natiq NƏSİROV