“Qəbələ” sonuncu pillədən qurtuldu

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Turun son günündə bu gün “Sumqayıt” “Qəbələ”ni qəbul edib.

İki gün öncə keçirilməli olan, lakin bəzi futbolçuların yenidən koronavirus testindən keçməsi üzündən təxirə salınan matç “Kapital Bank Arena”da baş tutub. Bu, heç-heçələrin sıralandığı turda qalibin müəyyənləşdiyi yeganə görüş olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Heyətində ciddi itkilərə baxmayaraq, Rafael Utriqin qolu “Qəbələ”yə səfər qələbəsi qazandırıb. Bunun sayəsində Elmar Baxşıyevin yetirmələri nəinki turnir cədvəlində sonuncu pillədən qurtulub, hətta 6-cı yerə yüksəlib. 

Qeyd edək ki, turun ilk üç oyununda qalib müəyyənləşməyib. “Neftçi” – “Zirə” matçında 0:0, “Keşlə” – “Sabah” və “Səbail” – “Qarabağ” görüşlərində eyni - 1:1 hesabı qeydə alınıb.

Azərbaycan Premyer Liqası
XI turun qarşılaşması

30 noyabr 2020
16:00. "Sumqayıt" - "Qəbələ" - 0:1
Qol: Rafael Utriq 16
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 5. Camaləddin Xocaniyazov, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 27. İsmayıl Babayev, 35. Eldost Qiyasbəyli, 29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev
"Kapital Bank Arena"

Müəllif: Bəhruz MƏMMƏDOV