Həsənova Türkiyə klubuna baxışa yollandı

ESTAFET/ Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Olena Həsənova karyerasını Türkiyədə davam etdirə bilər.

Ölkəmizin ən yaxşı blokçularından hesab olunun 25 yaşlı oyunçu “Türk Hava Yolları” klubunun heyətinə cəlb edilib.

O, İstanbul təmsilçisinin heyətində məşqlərə başlayıb. Son klubu “Volero Le Kann” olan Olena Türkiyə təmsilçisində baxışdadır. Həsənova özünü yaxşı tərəfdən göstərsə, Sultanlar Liqası təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 19 turdan sonra 41 xala malik “Türk Hava Yolları” 3-cü pillədə qərarlaşıb. İstanbul təmsilçisi iki oyun az keçirən “Vakıfbank” və “Fənərbaxça”dan geri qalır.

Müəllif: Natiq NƏSİROV