Sultanovun yeni iş yeri məlum oldu

ESTAFET/ “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanovun yeni iş yeri məlum olub. 41 yaşlı mütəxəssis karyerasını “Keşlə”də davam etdirəcək. 

O, Bakı təmsilçisində də idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, Sultanov "Sumqayıt"da da işləyib. O, burada baş menecer funksiyasını yerinə yetirib. (sportinfo.az)

Müəllif: Orxan NOVRUZOV