“Napoli”nin stadionu Maradonanın adını daşıyacaq
ESTAFET/ İtaliyanın “Napoli” klubuna məxsus “San-Paolo” stadionuna əfsanəvi Dieqo Maradonanın adı veriləcək. Bunu Neapolun meri Luici de Madjistris açıqlayıb.
O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib: “Bir çox möhtəşəm ideyalar var idi. Amma yekunda bu ad olacaq: Dieqo Armando Maradona stadionu”.
Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən əfsanəvi Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.