Buba Dipo 42 yaşında vəfat etdi

ESTAFET/ Seneqal millisinin sabiq futbolçusu Pap Buba Diop vəfat edib. Sabiq yarımmüdafiəçi 42 yaşında dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən sonra ölüb. Diop DÇ-2002-nin açılış oyununda həmin vaxt dünya çempionu statusu daşıyan Fransa ilə görüşdə qələbə qolunu vurmaqla məşhurlaşıb.

Qeyd edək ki, Seneqal millisində 63 oyuna 11 qol vuran yarımmüdafiəçi “Lans”, “Fulhem”, “Portsmut”, “Vest Hem” və AEK kimi klublarda çıxış edib. O, futbolçu karyerasını 2013-cü ildə başa vurub. (apasport.az)

Müəllif: Estafet.az